İnsanlara hürriyət, millətlərə istiqlal!

Gültəkin Hacıbəyli: "Hər şey Milli Şuradakı fəaliyyətimə görədir"

1102 04.07.2013 17:41 Son xəbər A A
"Bu məhkəmə qərarı Azərbaycanda anoloqu olmayan bir qərardır. Heç bir yerdə görünməyib ki,  azyaşlı övlad anasından alına və 9 il üzünü görmədiyi adama verilə. Bu qərar sifarişlidir və hesab edirəm ki, mənim Milli Şuradakı fəaliyyətimlə bağlıdır". 

Bu sözləri Moderator.az-a açıqlamasında sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli oğlu ilə bağlı məhkəmə qərarına münasibət bildirərkən söyləyib. 

Onun sözlərinə görə, keçmiş  həyat yoldaşının uşaq üzərində heç mənəvi haqqı yoxdur: "Təsəvvür edin ki, bu adamı uşaq indiyə kimi tanımayıb. 9 ildə bir dəfə də olsun, uşağın qayğıları ilə maraqlanmayıb. Sadəcə, öyrədildiyindən bu oyuna girib. İndiyə qədər uşaqla dörd görüşü olub. Bu görüşlərin hər birinə uşağı məcburən yollamışıq. Uşaq hər bir görüşdə ondan imtina edib. Hər görüşdən qayıtdıqdan sonra psixoloji problemlər yaşayıb. Uşaq birmənalı şəkildə bu adamdan imtina edir". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR