İnsanlara hürriyət, millətlərə istiqlal!

"Güllücə" kafesində tanışını bıçaqlayan şəxs mühakimə olunur

286 16.09.2019 12:28 Kriminal A A

Tanışını söyüş üstündə bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Bukdirək ki, hadisə Sabunçu rayonunda baş verib. 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsindəki “Güllücə” kafesinin yanında Binəqədi rayonu, Gülüstan qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb.

N.Əbilov polis əməkdaşları tərəfibdən saxlanılıb. İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR