Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. Hadisəyə səbəb söyüş olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Alıyev Loğman Əli oğlunun cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edib.
O, dostu Elçin Tapdıqovu öldürməkdə ittiham edilir.
Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror L.Alıyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda yazılır ki, Elçin Tapdıqovla yaxın münasibəti olub, amma sonradan münasibətləri pozulub. Hadisə günü Elçin Tapdıqov maşınla kafenin önündə dayanan Loğman Alıyevin yanından keçib. İttihama görə, Loğman Alıyev Elçininsöyüş söydüyünü bəhanə edərək onu çağırıb. E.Tapdıqovu geri çağıraraq məsələyə aydınlıq gətirmək istəyib.
E.Tapdıov geri qayıdıb və onlar təklikdə söhbət edəcəkləri yürə gediblər. Bu zaman Alıyev Loğman Elçinə çoxsaylı bıçaqlar vuraraq onu öldürüb. Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub və mübahis ediblər.
İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqdirli bildiyini deyib.
Loğman Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham edilir.
Məlumata görə, qətlə yetirilən şəxs peşəkar güləşçi olub.
İ.Muradov
Musavat.com






