İnsanlara hürriyət, millətlərə istiqlal!

Güləşçilərimizdən ilk qələbə - FOTOSESSİYA

1869 13.06.2015 12:05 İdman A A
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Musavat.com-un məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan bu gün 4 pəhləvan yarışır.
 
59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
 
Onun növbəti mərhələdə rəqibi norveçli Stiq-Andre Berqdir.
 
98 kq çəkidə isə 20 yaşlı Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
 
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşəcək.

71 kq çəki dərəcəsində isə mübarizə aparan Rəsul Cunayev yunan-Roma güləşçimiz 1/8 final mərhələsində moldovalı Cataraga ilə görüşüb. Döyüş güləşçimizin 3:1 hesablı qələbəsilə başa çatıb. İdmançımızın növbəti mərhələdəki rəqibi hazırda müəyyənləşir. 

Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR