Gülər Əhmədova azadlıqda..! - SENSASİYA
Sabiq deputat Gülər Əhmədova azadlığa buraxılıb. Bu barədə musavat.com-a əməkdaşımız Sevinc Telmanqızı məlumat verib.
O, bildirib ki, G. Əhmədovanın üstündəki məhkumluq şərti cəza ilə əvəz olunub.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunaraq cəzası şərti hesab edilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Xatırladaq ki, hələ keçən ildən G.Əhmədovanın təxminən həbsinin 1 ilinin tamamından sonra ya əfv olunacağı, ya da hansısa yolla azadlığa buraxılacağı bildirilirdi.
Bu barədə "Yeni Müsavat" qəzeti ötən həftə yazmış, G.Əhmədova ilə hakimiyyət arasında gizli anlaşma əldə olunduğunu idda etmişdi. 27 aprel tarixində manşetdən yayınlanan məqalədə göstərilirdi ki, siyasi hakimiyyət G. Əhmədovanın cəzasını şərti işlə əvəz etməyə qərar verib; G.Əhmədova isə tam bəraət almaq, bütün itirdiklərini, hətta deputat mandatını da bərpa etmək şərtini irəli sürür. Yazının başlığında vurğulanırdı ki, gələn həftə ilin sensasiyası gözlənilir.
Beləliklə, bu sensasiya oldu.
"Yeni Müsavat"ın həmin yazısını bu keçiddən oxuya bilərsiniz:
Musavat.com






