İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülçöhrə Şəfiyeva vəfat etdi FOTO

1146 23.12.2023 09:31 Son xəbər A A

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram səhifəsində məlumat yayıb.

G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.

Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 

Allah rəhmət eləsin!

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR