İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü qar Quba kəndləri ilə əlaqəni kəsdi - FOTOLAR

2320 04.12.2015 18:40 Ölkə A A
Qubaya ötən gündən başlayaraq yağan güclü qar rayonun bir neçə kəndi ilə əlaqənin kəsilməsinə səbəb olub.

Rayon sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, güclü qar yolları bağladığından 9 kəndlə əlaqə kəsilib, heç bir nəqliyyat vasitəsi bu kəndlərə gedə bilmir.

Rayonun Xınalıq kəndində isə qarın hündürlüyünün 59 sm-ə çatdığı bildirilir.

Quba Rayon İcra Hakimiyyətindən isə virtualaz.org saytına bildirildi ki, hazırda qarın hərəkəti məhdudlaşdırdığı yollara texnika yeridilib: “Dünən gecə saatlarından etibarən yolda qarın təmizləməsinə başlanılıb. Bu gün axşama qədər yolların açılacağı gözlənilir”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR