GUAM: Ukraynada prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə GUAM-ın bəyanatında deyilir.
“GUAM-ın müşahidəçi qrupu seçki monitorinqinin nəticələrindən razıdır. Müşahidəçilərin iradları seçkinin nəticələrinə təsir edə bilməz. Seçkilər rəqabət mühitində keçib. Onlar azad və ədalətli kimi dəyərləndirilə bilər”, - deyə sənəddə vurğulanıb.






