İnsanlara hürriyət, millətlərə istiqlal!

GUAM ölkələrindən hansı daha düzgün yol tutdu?..

1446 05.11.2020 09:40 Yazarlar A A

Əlbəttə, bu günlərdə hamının diqqəti Dağlıq Qarabağ hərbi siyasi teatrındadır. Amma biz regionda və dünyada gedən prosesləri də unuda bilmərik.

Ötən həftə əvvəlcə Gürcüstanda parlament, Moldovada isə prezident seçkiləri oldu. Bu seçkilər yenə də bu həftə keçirıləcək ABŞ prezident seçkiləri qədər maraq doğurmasa da, tamam mücərrəd mövzu da deyil.

Gürcüstandakı seçkilər haqqında artıq ötən dəfə yazmışdıq. Bir-iki kəlmə də Moldovadakı seçkilərdən yazsaq, heç də pis olmaz, ən azı ona görə ki, bu iki ölkənin hər ikisi bir vaxtlar bizim də fəal iştirak etdyimiz GUAM-ın üzv ölkələridir.

Lap əvvəlcə onu deyək ki, ən müxtəlif təhlilçilər hələ uzun müddət GAUM-ın yaranmasını zəruri edən şərtləri, bu yaranışın məqsədə uyğunluğunu tədqiq və izah edəcəklər. Amma bu gün üçün ümumi rəy budur, hər halda, bu elə də səmərəsiz bir iş olmadı, çünki GUAM kiçik geosiyası vahid kimi özünü doğrultdu və heç kim şübhə etmir ki, bu təşkilat hansısa bir siyasi konyunkturadan və yaxud da ötəri, cari siyasi maraqlardan yaranmamışdı, çünki tez zamanda onun üç özək dövləti - Gürcüstan, Ukrayna və Moldova ciddi avro - inteqrasiya yolunu tutdu.

Burada Azərbaycanın siyasi kursu ilə bağlı müəyyən qədər fikir ayrılıqları var. Amma belə bir deyim də var ki, hər şey son nəticə ilə ölçülür və məsələyə bu günün prizmasından, Qarabağda dövlətimizin apardığı uğurlu hərbi əməliyyatlar prizmasından baxanda bir daha əmin olursan ki, ən düzgün yolu Azərbaycan seçdi, digər GUAM ölkələrindən fərqli olaraq tələsik NATO-nun qapılarını döymədi, Avropa İttifaqı ilə assosiasiya sazişləri imzalamağa da tələsmədi, Rusiya ilə çox sıx və isti münasibtlər qurdu (siyasətdə manevr etməyi və geri çəkilib gözləməyi də bacarmaq lazımdır!) və bir daha, təkrarən deyirik ki,  Qarabağda aparılan ən son hərbi əməliyyatlara baxanda, xüsusən də Rusiyanın bu prosesdə tutduğu mövqeyə bir nəzər salanda bir daha əmin olursan ki, ən düzgün yolu elə Azərbaycan seçdi.

Ən əsası və ya vacibi də budur ki, Bakı Moskva ilə sıx və isti münasibətlər yolunu tutmaqla heç də müstəqilliyini və suverenliyini məhdudlaşdırmadı, digər ölkələr kimi kiminsə sattelitinə çevrilmədi, hətta siyasi-hərbi kurs kimi Bloklara Qoşulmama hərəkatınmı seçdi və bu gün də həmin təşkilata rəhbərlik edir. Bir daha deyirik ki, Bakının seçiminin nəticələri göz önündədir: Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar geri qayıdır, üstəlik, müstəqillik və yaxud suverenlik məsələsində təşviş yarada biləcək heç nə yoxdur, necə deyərlər, kaş, elə digər post -sovet ölkələri də Azərbaycan qədər müstəqil olaydılar!..

O ki qaldı Moldovadakı seçkilərə, məsələ ayın 15-də baş tutacaq ikinci tura qalıb və hələlik avropayönümlü müxalifətin lideri Maya Sandu seçki marafonuna başçılıq edir. 2019-cu ildə baş nazir olmuş bu xanım hazırki prezident İqor Dodonu bir neçə faiz qabaqlayır. Analitiklər hələ proqnozlarla tələsmirlər, amma onlar daha çox bu fikrə meyllənir ki, çox böyük ehtimalla seçkini Sandu udacaqdır.

Sandunun prezident olması həm də ona görə maraqlıdır ki, bu xanım baş nazir olanda M.Saakaşvilini ölkəsinə dəvət etmək və islahatların aparılmasını ona həvalə etmək istəmişdi. O vaxt prezident İ.Dodon buna mane olmuşdu. Amma düşünürük ki, artıq bu maneə də ortadan qalxmaqdadır və Sandu M.Saakaşvili ilə bağlı öz vədini unutmayıbsa, bu maraqlı ssenarini də növbəti ilıin sürprizləri sırasında qeyd etmək olardı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR