Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, saxlanılan şəxslər rayon sakini, "Ford" markalı kiçiktutumlu yük maşınının sürücüsü, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif oğlu və Şəmkir rayon sakini, “Zil” markalı yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü Murtuzayev Neymət Əhməd oğludur.






