İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

304 11.08.2022 13:47 Hadisə A A

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılca kənd sakini Cehun Tağıyevin özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 3 kq-a yaxın olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR