Göygöl rayonunda baş verən yol qəzasına düşənlər bir ailənin üzvləridir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar arasında azyaşlılar da var.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.
Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.






