İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə 41 yaşlı kişinin qonşusu tərəfindən bıçaqlandığı iddia olunur

493 28.03.2025 03:18 Kriminal A A

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı V.Qədirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR