İnsanlara hürriyət, millətlərə istiqlal!

"Göydən bombalar yağırdı" dəhşətli bombardımandan sağ çıxan Bərdə sakini danışdı - FOTOLAR, VİDEOREPORTAJ

1363 29.10.2020 11:37 Son xəbər A A

"Bura şəhərin mərkəzidir. Bir də baxdıq ki, göydən bombalar yağır. Mənə başımdan, qarnımdan qəlpələr dəydi. Yaxınlıqdakı mağazada çörək satan qadına, yanında olan nəvəsinə, ət dükanında qəssablara, taksi sürücülərinə qəlpələr dəyib. Başımda qəlpə qalıb, həkimlər dedi ki, çıxaracaqlar" - Bərdə sakini Fariz Abdullayev belə deyir.

"Yeni Müsavat"ın Bərdəyə ezam olunan reportyor qrupu xəbər verir ki, Ermənistan hərbçilərinin Bərdəyə raket atdığı ərazilərdə hazırda Baş Prokurorluğun istantaq qrupu və ANAMA mütəxəssisləri işləyirlər. 

Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 28-də 13 radələrində Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə növbəti dəfə raket atıb. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

E.Məmmədəliyev,
E.Əkbərov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR