GÖYÇAYDA MÜXALİFƏTİ VƏ DİNDARLARI İZLƏYİRLƏR
Öncə öyrəndik ki, Göyçayın mərkəzindəki istirahət parkındakı ağacları kəsərək yerində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə binalar tikilib. Hazırda həmin parkın ərazisində Göyçay Rayon Maliyyə Şöbəsinə də bina tikilir. Yaşıllığın məhv edilməsi sakinlərin ciddi narazılığına səbəb olsa da yerli hakimiyyət iradları qulaqardına vurur.
Vaxtı ilə Göyçayın Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsində işləyən, hazırda isə Sabirabada rəhbərlik edən Nazim İsmayılov həmin parkın yaxınlığındakı oteli özəlləşdirərək oranı restorana çevirir. Hazırda həmin binanın üzərində yenidənqurma işləri aparılır. Sakinlər içməli su ilə bağlı ciddi problemlər yaşadıqlarını dedilər. Onların sözlərindən məlum oldu ki, Göyçaydakı su probleminin aradan qaldırılması üçün 2009-cu ildən dövlət tərəfindən 14 milyon vəsait ayrılsa da, bu günə kimi su problemi aradan qaldırılmayıb. Sakinlər hesab edirlər ki, ayrılan vəsait məmurlar tərəfindən mənimsənilib. Həmsöhbətlərimiz dedilər ki, evlərə gələn içməli su ekoloji standartlara uyğun deyil: “Evlərə gələn su lilli olur. Su təmizlənmədən əhaliyə verilir”.
Sakinlər məcbur olub içməli suyun bir maşınını 15-20 manata alırlar. Rayon camaatı nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olan icra başçısı Mənsur Məmmədovunun fəaliyyətindən də çox narazıdırlar.
Rayonda olarkən əldə etdiyimiz məlumata görə, icra başçısı həbsdə olan hüquq müdafiəçisi, İctimai Palatanın təhqiqat qrupunun rəhbəri Vidadi İsgəndərlinin məhkəməsində üzəduranları yönləndirən RİH-nin hüquq şöbəsinin müdiri işləyən Ruslan Əlizadəni də mükafatlandırıb. Bütün bu fəaliyyətinə görə icra başçısı bir neçə gün öncə şəhərin mərkəzində yerləşən təhsil şöbəsinin köhnə binasının birinci mərtəbəsini Ruslan Əlizadəyə verdiyi söylənilir. Hazırda həmin yerdə təmir işləri aparılır.
Rayon sakinlərini narahat edən məsələlərdən biri də polisin onları təqib etməsidir. Dedilər ki, Göyçayda yerləşən “Əbülfəzl-Abbas” məscidin ətrafı daim hüquq-mühafizə orqanlarının və icra hakimiyyətinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Adıçəkilən məscidin ətrafındakı çayxanalarda dindarların toplaşmasına, birgə söhbət etmələrinə icazə verilmədiyi bildirilir. Bundan əlavə müxalif siyasi partiya fəallarının toplaşdığı obyektlərin sahibləri rayon rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalır. Bir sözlə, rayonda dindarların və siyasi fəalların daim nəzarət altında saxlanıldığı söylənilir.