"Görsəm ayağımı əyləcə atardım" - 48 yaşlı piyada maşının qurbanı oldu - VİDEO
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ARB TV xəbər verir ki, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində İsa Ağazadə "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Sürücü maşını saxlaya bilmədiyindən 48 yaşlı İsmayıl Səmədovu vurub.
İsa Ağazadə - Sürücü: "Ani anda qabağıma çıxdı. Görsəm ayağımı əyləcə atardım. Göz qırpımında oldu".
Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər. Hadisə barədə polisə məlumat verilib. Sürücü İsa Ağazadə saxlanılıb.
Faktla əlaqədar cinayət işi açılıb.






