Goranboyda xalq icra başçısına qarşı ayağa qalxdı
Goranboyli blogger daha sonra yazıb ki, dirənişi görən rayon rəhbərliyi qaçqınlar üçün transformator gətirildiyini və işıq probleminin həll ediləcəyini bildirib. Amma torpaqla bağlı tələb hələ yerinə yetirilməyib.
T.Kərimovun sonrakı satatusunda isə bunlar bildirilir: “İndi bilin ki, güc birlikdədir. Dövlət orqanlarının nümayəndələri 3 saata yaxındır ki, xalqa yalvarmaqdadır. Etiraza qalxan əhali hündürlükdən yavaş-yavaş aşaı enir. Hərbi postla da razılığıa gəlindi (yəqin onların əhalini geri qaytarması nəzərdə tutulur-red.). Polislər də getməyə başlayıblar. Goranboyun da icra başçısı çıxıb getdi. Kəlbəcərin icra başçısı isə bu gün Goranboyda yaşayan Kəlbəcər qaçqınlarının qonağı olacaq”.
Blogger 27 dəqiqə öncəki statusunda isə bunları yazır: “Budur, transformator da gəldi. Əkin-biçin sahələri də kəlbəcərlilərə qaytarıldı. Amma inidi də bir əmma var. İndi də Ağdam qaçqınları narazılıq edirlər. Güman olunur ki, onlar da mitinq eləsin”.
“İki saat sonra Goranboyda mitinq var”.
“Mitinqdə iştirak edənlərlə Azərbaycan ordusu arasındakı məsafə 300-400 metr qaldı. Hadisələrin gedişini buradan izləyin”.
“Aksiyaçılar artıq Azərbaycan əsgərlərinin postuna çatdılar. Onlar telefonla qərargaha məlumat verdilər”.
“Goranboyun polis rəisi öz itləri ilə artıq əhaliyə çatır”.
“İtlər çatdı, amma camaat onların “geri çəkilin” çağırışına daş atmaqla cavab verir. Vəziyyət kritikdir”.
“İcra hakimiyyəti başçıları gəlib çatdı. Əsgərlər hadisələrə müdaxilə etmir. Polislər maşınlardan düşdülər. Əlavə qüvvə gözləyirlər. Kəlbəcərin icra başçısı Aqil Məmmədov camaata yaxınlaşdı. Amma Goranboyun icra başçısı maşından düşmür. Camaatın yanına müavinini göndərib”.
“Heç cür razılaşma əldə olunmur. Əhali transformator, torpaq sahələrinin geri qaytarılmasını tələb edir. Deməli, bu zülmləri törədən Goranboyun icra başçısıdır. Camaat geri çəkilmir”.
“İndiyə qədər iki aydır isığın olmamasına göz yuman, torpaq sahələri ağdamlı qaçqınlara verən Goranboy və Kəlbəcerin icra başçılarının müavinləri də özlərini ora çatdırıblar. Amma camaatın basqısı davam edir”.
Bu cümlələr Teymur Kərimov adlı facebook istifadəçisinin profilindən götürülüb.
***
Onun yazdıqlarından belə anlaşlır ki, özü də hadisə yerindədir və baş verənləri canlı izləyir.
Bloggerin qeydlərindən belə məlum olur ki, Goranboyda Kəlbəcərdən olan 100-dən yuxarı qaçqın işığın olmamasına və onlara ayrılmış torpaq sahələrinin ağdamlı qaçqınlara verilməsinə etiraz olaraq icra başçısına qarşı üsyana qalxıb.
Blogger yazır ki, etirazçılar əllərində ağ bayraqlar tutaraq Ermənistanla sərhədə doğru hərəkət ediblər: “20-yə yaxın adam da bu qrupa qoşulmaq üçün təpənin o biri tərəfindən hərəkətə keçib”.
Virtualaz.org-un müxbiri olayla bağlı Goranboyla əlaqə saxlayıb. Mənbə bildirib ki, etirazçılar polisi daşa basıblar.
Əlavə məlumatlar veriləcək (virtualaz.org).