İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO

380 30.12.2020 01:32 Ölkə A A

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Səfikürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi- Şəmməd Məmmədov və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib

və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR