İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda ağır yol qəzasında ölən və yaralananların adı məlum olub- YENİLƏNİB- SİYAHI

2163 10.04.2018 13:46 Hadisə A A

Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində iki nəfər- Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb.

****

Goranboyda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR