İnsanlara hürriyət, millətlərə istiqlal!

“Google” hətta öz əməkdaşlarını diqqətlə izləyirmiş

606 25.10.2019 01:25 Texnologiya A A

Dünyanın ən böyük texnologiya nəhənglərindən sayılan “Google” şirkəti hətta öz əməkdaşlarının bütün hərəkətlərini izləyirmiş.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə “Forbes” jurnalı məlumat verib. Şirkət əməkdaşları jurnala rəhbərliyin bunun üçün xüsusi proqram hazırlatdığını deyiblər.

Söhbət “Google Chrome” proqramının şirkət çalışanlarının etiraz aksiyalarının təşkili və öz əmək hüquqlarını tələb etməklə bağlı cəhdlərini izləyə biləcək yeni əlavəsindən gedir.

“Bloomberg” agentliyinin informasiyasına görə, yeni proqram sayəsində şirkət nəzarətçiləri şəxsi təqvimlərində 100 nəfərlik toplantı üçün qeydlər aparan əməkdaşların hərəkətlərini müşahidə edə biliblər. Bu isə rəhbərliyə işçilərin mütəşəkkil formada çıxış etmək istəyindən dərhal xəbər tutmasına şərait yaradır. Yeni proqramın bu ay işə salınması gözlənilir.

Onun sayəsində “Google”un başqa şirkətlərə də çalışanlarla bağlı bu cür izləmə metodlarından istifadə etməyə kömək göstərəcəyi ehtimal olunur.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR