İnsanlara hürriyət, millətlərə istiqlal!

GÖMRÜK KOMİTƏSİNİN MÜSTƏNTİQİ 25 MİN DOLLAR RÜŞVƏT ALIB

5062 28.02.2012 09:50 Gündəm A A
Bir müddət sonra H.Həsənov DGK-nın İstintaq İdarəsinə çağırılıb. İdarənin müstəntiqi Rövşən Nuriyev H.Həsənovu həbs olunacağı ilə hədələyərək bunun baş verməməsi üçün ondan 25 min dollar tələb edib. Və bildirib ki, əgər bu pulu versən, məsələ elə idarədə bitəcək, verməsən işi məhkəməyə göndərəcəyik. Xəstə olduğunu bildirən H.Həsənov müstəntiqdən vaxt istəyib. Və bir neçə gündən sonra 25 min dollar pulu R.Nuriyevə çatdırıb. Amma bir müddətdən sonra H.Həsənovu Biləsuvar Rayon Məhkəməsinə çağırıblar və ona 23 noyabr, 2011-ci il tarixli məhkəmənin qərarı ilə 2 il şərti iş veriblər.
Məsələni belə görən H.Həsənov müstəntiqlə görüşərək pulunu geri istəyib. Uzun çək-çevirdən sonra R.Nuriyev pulun 3500 dollarını axır ki, qaytarıb. H.Həsənov isə neçə aydır ki, pulun qalan hissəsini tələb etsə də müstəntiq qalan 21500 dolları qaytarmaqdan imtina edir. Üstəlik, pulunu istəyən vətəndaşı daha ağır cəza ilə, həbsxanaya saldırmaqla hədələyir.
Bu barədə məlumat verən mənbə onu da bildirdi ki, Rövşən Nuriyev Prezident Administrasiyası dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin qardaşı oğludur. O da deyilir ki, R.Nuriyev belə hərəkətlərinə görə DGK sədri Aydın Əliyev tərəfindən üç dəfə töhmət alıb, ancaq əmisinə görə onu işdən azad etməyiblər. Qaynağımız onu da söylədi ki, zərərçəkən H.Həsənov pulunu geri almaq üçün ölkə başçısına müraciət etməyə hazırlaşır.
Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR