İnsanlara hürriyət, millətlərə istiqlal!

GÖMRÜK KOMİTƏSİ İŞÇİSİNİN “YENİ MÜSAVAT”a QARŞI İDDİASI TƏMİN OLUNMADI

1149 04.10.2011 09:35 Media A A
Qeyd edək ki, H.Sultanzadə anası ilə bərabər “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə, var.az saytına və anasının fərdi vəkili Namiq Hacıyevə qarşı da 502 min manatlıq maddi təzminat davası açmışdı. Ana isə qarşılıqlı olaraq oğlundan və 19 sentyabr, 2010-cu ildə onu zorla 1 saylı Maştağa Psixiatriya Xəstəxanasına aparan və xəstəxanada yerləşdirən həkimlərdən 600 min manat tələb edirdi. Oğlu tərəfindən 26-cı dəfə məhkəməyə verilən A.Təmrazova isə bildirdi ki, o, məhkəmə qərarı olmadan qanunsuz olaraq psixiatriya xəstəxanasına salındığı üçün və maddi-mənəvi zərərə məruz qaldığına, analıq heysiyyətinin tapdandığına görə öz iddia tələbində israrlı olacaq, apelyasiya şikayəti ilə yenə də məhkəməyə müraciət edəcək.
Onu da bildirək ki, 28 sentyabr, 2010-cu ildə qəzetimizdə A.Təmrazovanın Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin müraciətinə əsasən şikayəti dərc olunub. Qarşı tərəf olaraq 7 oktyabrda da qəzet A.Təmrazovanın oğlu H.Sultanzadənin mövqeyini dərc etsə də H.Sultanzadə işgüzar nüfuzuna xələl gəlməsi iddiasında idi. Lakin ötən məhkəmə prosesində onun hüquqi nümayəndəsi etiraf etdi ki, bu yazılardan sonra H.Sultanzadənin işgüzar nüfuzuna heç bir xələl gəlməyib. Xatırladırıq ki, qəzet olaraq biz cəmiyyətdə tənhaların mənzillərinin ələ keçirilməsi və məişət zorakılığı kimi pis nümunələri ictimailəşdirməklə cəmiyyətin düzgün formalaşmasına çalışırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR