İnsanlara hürriyət, millətlərə istiqlal!

“Girirəm evə, əlimə nə keçdi götürüb çıxıram” – Silsilə oğurluq edən şəxs saxlanılıb – VİDEO

1203 04.04.2017 14:09 Kriminal A A

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı və Corat qəsəbələrində yerləşən bağlar massivində silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xandadaş Məmmədov saxlanılıb.

ARB TV xəbər verir ki, onun qeyd edilən ərazidə19 fərdi yaşayış evindən məişət əşyaları, pul və qızıl oğurladığı məlum olub.

Xandadaş Məmmədov – Saxlanılan şəxs: “Girirəm evə, əlimə qızıl, pul nə keçdi götürüb çıxıram. Evin qapısını qırmışam, plastik pəncərəni qırıb keçmişəm”.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR