Rusiyalı generallar prezident Vladimir Putinə Ukraynadakı müharibəyə son qoymaq istəyi ilə məktub yazıblar. Bu barədə hərbi ekspert Oleq Jdanov danışıb. Onun sözlərinə görə, məktub Rusiya liderinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vasitəsilə çatdırılıb. Generallara cavab olaraq V.Putin “əməliyyat”ın davam edəcəyini bildirib. Rusiya Prezidenti həmçinin məktubda imzası olan generalların siyahısını tələb edib.
Rusiya qoşunları Ukraynada xüsusi əməliyyatın növbəti mərhələsinə başlayır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Rusiyanın Ukraynada xüsusi əməliyyatının növbəti mərhələsi başlayır. Bunun üçün Rusiya hazırlıq görüb",- Lavrov deyib.
Qeyd edək ki. Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara start verib. İndiyədək döyüşlər davam edir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də tanınmış teleaparıcı Kamran Həsənli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






