Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində sərhəddə baş verən döyüş əməliyyatları zamanı məhv edilmiş və Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi bəlli olub.
Avropa.info erməni mediasına istinadən xəbər verir ki, general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.
Məlumatda bildirilir ki, bir müddət Rusiyada yaşayan Taron Saakyan, daha sonra Ermənistan ordusunda xidmətə başlayıb.
Erməni mediası Saakyanın fotosunu da yayıb.







