İnsanlara hürriyət, millətlərə istiqlal!

General Rafiq Abbasovun bacısı oğlu qəzaya düşərək ağır xəsarət alıb - FOTO - VİDEO

7357 12.07.2017 10:30 Ölkə A A

Qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

"Report"un məlumatına görə, hazırda yaralının müalicəsi davam etdirilir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.

Qeyd edək ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "Azəravtoyolservis" ASC-yə məxsus "KamAZ" markalı su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR