İnsanlara hürriyət, millətlərə istiqlal!

General-mayor Polad Həşimova görə Sumqayıtda izdiham yaşandı FOTO VİDEO

4390 14.07.2020 17:24 Ölkə A A

Bu gün Tovuz istiqamətində düşmənin hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimova görə Sumqayıt şəhərinin girişində izdiham yaşanıb.

Musavat.com xəbər verir ki, sakinlər şəhidimizin nəşinin Sumqayıtdakı evinə gətiriləcəyini eşidiblər və şəhərin girişində Polad Həşimovun cənazəsini qarşılamaq üçün toplaşıblar.

Lakin sonradan xəbər yayıldı ki, şəhidimizin nəşi doğulduğu Qəbələ rayonuna aparılıb. Orada da insanlar şəhidimizin nəşi izdihamla qarşılanıb.

Şəhid General-mayor iyulun 15-də İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR