İnsanlara hürriyət, millətlərə istiqlal!

General-mayor korpus komandiri TƏYİN EDİLDİ

7888 21.03.2021 11:47 Son xəbər A A

General-mayor Rzayev Mübariz Balağa oğlu Şəmkir korpusuna komandir təyin edilib.

Musavat.com bildirir ki, müharibə vaxtı General-mayor Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırılandan sonra korpusa bir müddət general-leytenant Nizam Osmanov, general-mayor Azər Əliyev, general-mayor Ənvər Əfəndiyev və son günlərdə polkovnik Sarı Xəlilov rəhbərlik edib.

Qeyd edək ki, Mübariz Rzayev müxtəlif vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Hərbi xidmətlərə görə" medalı ilə, "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, həmçinin Azərbaycanın Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR