İnsanlara hürriyət, millətlərə istiqlal!

General Hilal Əsədovun həyat yoldaşının poliklinikasını yoxlamağa başladılar – video reportaj

10600 11.11.2016 17:10 Son xəbər A A

Nüşabə Əsədova: “Həyat yoldaşım evdədir, təqaüdə çıxıb… Onun iş yeri yoxdur” ; İşçilər təlaşda: “Bu poliklinika hələ belə yoxlama görməyib….”

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın baş həkimi olduğu 14 saylı uşaq poliklinikasında yoxlamalar başlayıb. Musavat.com xəbər verib ki, qeyd olunan poliklinikaya reportaj üçün gedən “Yeni Müsavat” qəzetinin əməkdaşları həmin yoxlamalara şahid olublar. Hilal Əsədovla bağlı Nüşabə xanımdan müsahibə almağa gedən əməkdaşlarımız maraqlı mənzərə ilə qarşılaşıblar. 

Reportyorlar həmin poliklinikadan video-reportaj ediblər. Reportajın tam mətni “Yeni Müsavat” qəzetinin sabahkı sayında dərc olunacaq. Musavat.com isə görüntülü reportajı təqdim edir. 

Sevinc Telmanqızı 
Foto, video Məğrur MƏRDindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR