İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilib - Foto

1025 25.10.2022 12:05 Sosial A A

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirib.

Musavat.com xəbər verir ki, təlimdə hər iki qurumun rəsmiləri, eləcə də nazirliklərin gender məsələləri üzrə məsul şəxsləri iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova seminarın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu gün demək olar ki, ölkədə fəaliyyət göstərən əsas idarə və müəssisələrdə, təşkilatlarda gender məsul şəxslər fəaliyyət göstərir. Sədr müavini məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasında gender komissiyalarının əhəmiyyətini vurğulayıb. Həmçinin hazırda Dövlət Komitəsi tərəfindən gender məsul şəxslərin fəaliyyətini tənzimləyən təlimat sənədi hazırlandığını diqqətə çatdırıb.

Ölkəmizdə 2006-cı ildə Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun qəbul edildiyi bildirən Sədaqət Qəhrəmanova bu Qanunun 20-ci maddəsinə əsasən hər il Dövlət Komitəsi tərəfindən Milli Məclis qarşısında hesabat verildiyini vurğulayıb.

Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə yaradılan Gender portalından bəhs edən sədr müavini gender məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin edən bu platformanın, eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsinə töhfə verəcəyini əlavə edib.

Afaq Mirayiq,
Foto müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR