İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gəncliyin Zəfər Sədası"nın iştirakçıları mükafatlandırılıb - Foto

774 26.12.2022 16:58 Təhsil A A

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələrinin formalaşdırdığı "Gəncliyin Zəfər Sədası" adlı vahid platformanın fəal iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, layihənin uğurla başa çatması ilə bağlı reallaşan tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. Şəbəkənin aktiv üzvlərinin hər birinə xüsusi təşəkkürnamə verilib. BDU-nun və Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi iştirakçılara həm təşəkkür, həm də təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, noyabrın 6-dan 8-dək olan müddətdə 500-ə yaxın gənc müvafiq həştəqlərlə tvitlər atıb. Əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərlə əlaqəli yaradılan həştəqlər həm respublika daxilində, həm də dünya trendində birinci yerə yüksəlib.

Sözügedən layihənin üzvləri sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edib:

#Zəfərinamdanbaşlayır #Zəfərfədakarlıqlaqazanılır #Zəfərqorumaqlayaşadılır #victoriousAzerbaijan
#Victoryday #Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths #Azerbaijan #Shusha

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR