İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərin çarə tapılmayan evsizlik dərdi, əlçatmaz ipoteka krediti: Natiq Cəfərli ilə canlı müzakirə

365 26.07.2021 14:58 Ölkə A A

Bu gün əksər vətəndaşların, xüsusən gənc ailələrin əsas problem evsizlikdir. Hazırki inflyasiya və bahalaşma fonunda normal əmək haqqı ilə ailəsini çətinliklə dolandıran insanlar nağd qiymətə ev ala bilmədikləri kimi, ağır ipoteka şərtlərinə yaxın dura bilmirlə.

Nəticədə ildən ilə bahalaşan kirayə qiymətləri ilə hesablaşmalı , gəlirlərini, gələcəklərini havaya sovurmalı olurlar. Bu məsələ son günlər jurnalistlərin 3-cü binası ilə bağlı prezidentə edilən müraciətdən sonra gündəmə gəlib.

Sıravi jurnalistlər də aylıq əmək haqqı ilə mənzil əldə edə bilməyən sosial qrupa daxil olduğundan bu gün evsiz olan, kirayələrdə qalan jurnalistlər çoxdur. Bəs niyə ev almaq müşkülə çevrilib. Hökumətin sosial proqramları niyə effekt vermir?

Bütün bu məsələləri və izləyiciləri narahat edən digər sualları Musavat TV-nin saat 15:10-da canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə iqtisadçı ekspert Natiq Cəfərli şərh edəcək. Verilişdə digər iqtisadi mövzulara da nəzər salınacaq.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR