İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər qanvermə aksiyası keçirdilər

642 13.09.2014 16:40 Ölkə A A

"Gənclərin Gələcəyə Addımı" İctimai Birliyi və "Qan Donorları Assosiasiyası"nın təşkilatçılığı ilə 13 sentyabr saat 11:00- da Mərkəzi Qan Bankında  jurnalistlər və idmançı gənclər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların yeni təhsil günündə pozitiv enerji ilə dərslərə  hazırlaşması  üçün könüllü və təmənnasız qanvermə aksiyası həyata keçiriblər. 

Bu barədə musavat.com-a təşkilatın mətbuat xidmətindən məlumat daxil olub.

Qanvermə aksiyasına Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nəsimi Rayon Bölməsinin könüllüləri də qoşularaq müqəddəs missiyanı dəstəkləyiblər. 

Qeyd edək ki, Azərbaycanda minlərə irsi qan xəstəliklərindən  əziyyət çəkən uşaq və yeniyetmə var və onlar sağlam donor qanına ehtiyac duyur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR