Bu gün Real TV-nin efirində ölkə gündəmi müzakirə olunub.
Musavat.com xəbər verir ki, aparıcı Mehman Rəsulovun təqdimatında baş tutan "Real İntervyu" verilişinin qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu olub.
R. Arifoğlu Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozması, cəbhə zonasından kənarda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutması, terror törətməsi, həmçinin Füzuli şəhərinin və bir sıra kəndlərin işğaldan azad edilməsi barədə danışıb, gündəmdə olan məsələlərə öz münasibətini bildirib.
Musavat.com






