İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb -FOTO

862 22.11.2019 03:41 Kriminal A A

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hundai” markalı minik maşını “Mercedez” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb.

Hadisə zamanı “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR