İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsat alıb -FOTO

736 29.10.2019 05:34 Kriminal A A

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində “Lada Priora”da olan iki sərnişin ölüb. bir nəfər xəsarət alıb. İlkin məlumata görə, dünyasını dəyişənlər tələbə olub.

DYP əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR