İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

303 28.08.2019 04:04 Kriminal A A

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Nicat Həsənlinin idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə Abdulla Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Daewoo”da olan sərnişin Samir Əliyev və digər adları hələlik bəlli olmayan iki şəxs aldıqları xəsarətlər səbəbindən xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR