İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb

693 27.02.2018 23:20 Ölkə A A

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhərin 28 May küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus "Mercedes Vito" markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan "KİA" tərəfindən vurulub.

Hadisəni törədən sürücü avtomobil ilə birgə ərazidən uzaqlaşıb. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olub.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR