İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

671 15.07.2021 13:00 Kriminal A A

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı fərdi yaşayış evindən külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilib.

Gəncə ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşalrının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini İlham Hümbətov saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilib.

Narkotik vasitələrə qarşı növbəti uğurlu tədbiri isə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları keçirib. Polis əməkdaşları şəhər sakini Eşqin Əliyevi saxlayan zaman üzərindən narkotik maddə olan “heroin” aşkar edib.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR