İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə ərinin işgəncə verdiyi qadının gözləri amputasiya ediləcək

795 11.11.2022 11:55 Hadisə A A

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində əri tərəfindən gözləri çıxarılan qadının son vəziyyəti barədə açıqlama verib.

TƏBİB-dən Musavat.com sorğusuna cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyeva 10.11.2022-ci il tarixində saat 10:00 radələrində koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:

“Ona zəruri tibbi xidmət göstərilib. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam edir. Yaxın günlərdə gözlərinin amputasiya edilməsi nəzərdə tutulub”.

Gəncə Şəhər Prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR