APA-nın Qərb bürosunun məlumatına görə, Bakıdan Gəncəyə hərəkət edən 10-ZO 355 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 20-CX-485 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomobilə çırpılıb.
Nəticədə “Mercedes”in sürücüsü Nadir Bəşirov və onun sərnişinləri, Cəlal Hüseynov, Ayşə Həşimzadə, Şahanə Həşimzadə və Samir Mehdizadə xəsarət alıblar.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Sürücünün vəziyyəti orta-ağır, sərnişinlərin vəziyyəti isə normaldır.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.
İlkin versiyaya görə, hadisəyə “Mercedes”in ötmə əməliyyatına düzgün riayət etməməsi səbəb olub.






