İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə ailəsinin torpaq sahəsindən çıxarılmasına etiraz edən 15 yaşlı qız özünü yandırdı (VİDEO)

7666 08.03.2013 12:33 Son xəbər A A

Gəncədə yeniyetmə qız torpaq mübahisəsi zəminində özünü yandırıb. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 7-də Gəncə şəhərində anadan olmuş, 1998-ci il təvəlüdlü, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşmış Kərimova Almaz Şamil qızı özünə od vuraraq yanıq xəsarətləri alıb.

Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisənin torpaq mübahisəsi zəminində baş verdiyi bilidirilir. Mübahisə isə məcburi köçkünlərin onlara məxsus olduğunu iddia edən torpaq sahəsinin məhkəmə qərarı əsasında polis əməkdaşları tərəfindən boşaldılarkən yaranıb. Ailə polisin hərəkətinə müqavimət göstərib. Bu zaman torpaq sahənin boşaldılmasına etiraz əlaməti olaraq 15 yaşlı qız üzərinə neft törərək özünü yandırmağa cəhd göstərib.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Almaz Kərimovanın ailəsi Kəlbəcər rayonundan olan məcburi köçkündür.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Azadliq.info-nun məlumatına görə, Almaz Kərimlinin atası Şamil Kərimov 1996-cı ildə Gülüstan qəsəbəsində torpaq sahəsi alıb. O, torpaq sahəsi üçün 13 min manat ödədiyini iddia edir. Lakin torpaq sahəsi sonradan mühabisə predmetinə çevrilib.

Belə ki, Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev 2008-ci ildə həmin ərazini Nizami rayon icra başçısı Məharət Mustafayevin sərəncamı ilə torpaq sahəsini öz adına rəsmləşdirib. Mübahisə yaranandan sonra köçkün ailəsi müxtəlif instansiyalara çoxsaylı müraciətlər edib, nəhayət 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən İnzibati-İqtisad Məhkəməsinin sədrinə verilən torpaq sənədlərini ləğv etdirə bilib.

Buna baxmayaraq, bu gün Gəncə icra hakimiyyətinin göstərişi ilə Nizami rayon polis idarəsinin əməkdaşları əraziyə gəlib, köçkün ailəsinin əşyalarını zorla maşına yığaraq, torpaq sahəsini boşaltmaq istəyib. Ailə polisin hərəkətinə müqavimət göstərib, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edib. Təqdim olunan sənədlərə məhəl qoyulmayanda isə 15 yaşlı Almaz Kərimli özünü yandıracağı haqda xəbərdarlıq edib. Bunun qarşılığında polislərdən biri ona yandırıcı vasitə (alışqan və ya kibrit) verərək, deyib ki, istəyirsə, özünü yandırsın. Almaz Kərimli də yandırıcı vasitəni alaraq özünə od vurub. Köçkün qız ağır termiki yanıq diaqnozu ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, xəstənin vəziyyəti ağırdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR