Gəncə şəhərində yerli sakin hündürlükdən yıxılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Paşa oğlu Seyfullayev avtomobil yuyarkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə V.Seyfullayev xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






