Gəncə Təbrizlə qardaşlaşır
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Məhəmmədtağı Pəkzadla görüşüb.
Bildirilib ki, ölkələrimiz arasında elm və texnologiya sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləsi önəmlidir.
Söhbət zamanı qeyd edilib ki, yaxın günlərdə Azərbaycanın Gəncə və İranın Təbriz şəhərlərinin qardaşlaşması haqqında protokolun imzalanması nəzərdə tutulub. /AzərTAc/






