İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə filarmoniyasının xanım direktoru ətrafında qalmaqal

7342 18.02.2017 11:51 Qalmaqal A A

Xəbər verdiyimiz kimi ötən gün Gəncə Dövlət Filarmoniyasına yeni təyin olunan Gülçin Mirzəyeva barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq sabiq direktor G. Mirzəyeva faktiki olaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə də rəhbərlik edib. Onun kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar.

Снимок22.JPG (31 KB)

Qeyd edək ki, Gülçin Mirzəyeva bu yaxınlarda xalq artisti Şahnaz Haşımovanın yerinə filarmoniyaya direktor təyin olunmuşdu. Məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Vüqar Şıxməmmədov yayılan məlumatın doğru olmadığını bildirib:

"Gəncə Dövlət Filarmoniyasının yeni direktoru vəzifəsindən uzaqlaşdırılmayıb, işinin başındadır".

Xatırladaq ki, G. Mirzəyevaya qədər xalq artisti Şahnaz Haşımova 20 il Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. Bacısı Aybəniz Haşımovanın açıqlamasına görə xalq artisti özü ərizə yazaraq vəzifəsindən uzaqlaşıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR