İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc Bakı sakini naməlum şəraitdə başından yaralanıb

976 06.10.2014 09:54 Son xəbər A A
Həkimlər onun başında bıçaq və ya küt alət izi aşkarlasa da yaralı yıxıldığını iddia edib
Bakıda 26 yaşlı Həsənov Ramin Sabir oğlu naməlum şəraitdə baş nahiyəsindən xəsrət alıb. ANS PRESS-in məlumatına görə, yaralı əvvəl Neyrocərrahiyə xəstəxanasına aprılıb. İlkin müayinə zamanı başında küt alət izinə rastlanan yarlı gənc daha sonra 3 saylı şəhər xəstəxanasına köçürülüb. Burada yenidən müayinə olan Ramin Həsənov xəsarət almasına səbəb kimi Xətai rayonu Naximov küçəsində yıxılmasını göstərib. Zərərçəkənin iddiasına görə, o yolla getdikdə ayağı büdrəyib və nəticədə müvazinətini itirib ki, bu da onun başından xəsarət alması ilə nəticələnib. 

Lakin həkimlərin müayinəsi zamanı həmin yarının bıçaq və ya küt alətin zərbəsindən yarandığı qənaətinə gəlinib. Bundan sonra 26 yaşlı gənc xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Yaralı Ramin Həsənovun ifadəsində nə dərəcədə səmimi olması da müzakirə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR