Gellup: amerikanların yalnız 20 faizi Obamanın siyasətini dəstəkləyir
ABŞ-ın Gellup İctimai Rəy İnstitutunun keçirdiyi sorğuya əsasən, amerikalıların yalnız 20%-i hazırkı prezident Barak Obamanın siyasi kursunu dəstəkləyir. Musavat.com-un məlumatına görə, rəyi soruşulanların 32%-i onun siyasətinə neqativ yanaşır.
İnstitut ekspertləri qeyd edir ki, respublikaçıların yalnız 4%-i Obamaya rəğbət bəsləyir, 58% isə əgər seçkilər bu gün keçirilərdisə, onun əleyhinə səs verə biləcəklərini bildiriblər.
Qeyd edək ki, bundan da aşağı rəğbət göstəricisi 2006-cı ildə kiçik Corc Buşun prezidentliyi dönəmində qeydə alınıb – o vaxt Buşun siyasətini amerikanların yalnız 18%-i dəstəkləmişdi.
Bu cür təhqiqatlar 1998-ci ildən keçirilir.
Musavat.com






