İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi (VİDEO)

3203 11.08.2017 12:30 Hadisə A A

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların "şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara "xərac” verəndən sonra təmtəraqla bəzədilmiş avtomobillər yoluna davam edir.

BAKU.WS-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya "pulsuz” çatmaq istəyib.

Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən avtomobili onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib.

Videonun sonunda uşağın ayağa qalxmaq istədiyini görmək olar. Onun vəziyyəti barədə məlumat verilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR