İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn il Qarabağda nələr baş verə bilər? Tanınmış politoloqdan proqnozlar - CANLI

396 22.12.2021 15:57 Gündəm A A

Gələn ildən regionda canlanma gözlənilir. 2022-ci ildə Azərbaycan və Ermənistan liderləri arasında razılaşdırılmış dəmiryol xətlərinin bərpası işlərinə başlana bilər. Eyni zamanda Qarabağa qayıdışın ilk mərhələsi həyata keçiriləcək. Şuşa və Zəngilana köçkünlərin bir qisminin qayıdışı nəzərdə tutulur. Bəs gələn il Qarabağda və regionda daha hansı yeniliklər ola bilər? Bölgədə hərbi toqquşma mümkündürmü, yoxsa kommunikasiyaların bərpasına başlamaqla Cənubi Qafqazda yeni sakit həyat başlayacaq?

Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 22-də Azərbaycana gəlib. Onun birgünlük səfər çərçivəsində əsas müzakirə məsələləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər olub.

Aşqabad sammitindən sonra İranın baş diplomatı Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri gözlənilən idi, “Şimal-Cənub” və Zəngəzur dəhlizləri müzakirə masasındadır.

Ekspertlərin fikrincə, cənub qonşumuzla əlaqələrdə yeni dövr başlanır. Bakı - Tehran gərginlik səhifəsini geri çevirirmi?
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyünü bildirib. Paşinyanın bu açıqlaması sülhün yaxında olduğunu göstərirmi?

Ermənistanda nəşr edilən “Hraparak” qəzetinin yazdığına görə, hakimiyyət Azərbaycanla sərhəd Tavuş vilayətində alternativ yolların tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara əsasən artıq işlər görülməkdədir.

Bildirilir ki, söhbət Əskipara kəndi istiqamətində yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, hakimiyyət Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin geri qaytarılmasına hazırlıq görür.

Qəzetin yazdığına görə, görünür hakimiyyət Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsindən sonra yaranan vəziyyətin təkrarlanmasını istəmir və əvvəlcədən alternativ yolların çəkilişinə hazırlaşır.

Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı zirvə toplantısının birgə Bəyannaməsinə Azərbaycanın diqqətçəkən bir qeyd-şərti olub. Həmin qeyd-şərt birgə bəyannamənin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlıdır.

Sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək.
Məsələn, Aİ separatçı Dnestryanı bölgəyə, Abxaziyaya, eləcə də Qarabağda sülhməramlıların məsuliyyət zonasında məskunlaşmış erməni separatçılarına “humanitar və yaxud da maddi yardım” göstərir.

Aydın məsələdir ki, bu maliyyə dəstəyi QHT-lərə ayrılır, onlar da sözügedən bölgələrdə separatizmi yayır, təbliğ edirlər.
Bəs Qarabağdakı separatçılara maliyyə yardımı necə dayandıra bilərik? Ümumiyyətlə, qondarma rejimin axtarışda olan rəhbəri Araik

Aryutunyanla bağlı nə zaman tədir görüləcək?

Bu gün TVMusavat-ın canlı yayımında “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlu qonağı politoloq Murad Sadəddinovla bu mövzular ətrafında söhbət edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR