İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəkdə bütün Yaponiya vətəndaşları eyni soyadda olacaq

1167 03.04.2024 03:28 Dünya A A

Gələcəkdə bütün Yaponiya vətəndaşları eyni soyada malik ola bilərlər. 2531-ci ilə qədər Yaponiyada hamının soyadı eyni olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmaya istinadən məlumat verilib.

Araşdırmaya görə, təxminən 500 ildən sonra Yaponiyada hər kəs "Sato" soyadına sahib olacaq. Beləliklə, Yaponiyada ər və arvadın nikahdan sonra eyni soyada sahib olması şərtinə görə mülki məcəllə dəyişdirilməsə, hər bir yaponiyalıya “Sato-san” deyə müraciət etmək mümkün olacaq.

Professor izah edib ki, "Sato" Yaponiyada ən çox yayılmış soyaddır və 2023-cü il məlumatlarına görə, yaponların 1,529% -i bu soyadı daşıyır. Yoshida Yaponiya əhalisinin bu soyadla nisbətini və təxmin edilən artım sürətini hesablayıb və müəyyən edib ki, "Sato" soyadlı Yaponiya əhalisinin nisbəti 2022-ci ildən 2023-cü ilə qədər 1,0083 dəfə artıb. 

Əgər fərz etsək ki, artım tempi dəyişməz qalacaq və bu soyadı daşıyan cütlüklərin sayı ildən-ilə daha da artacaq, onda 2446-ya qədər əhalinin yarıdan çoxu, 2531-də isə bütün Yaponiya vətəndaşlarının soyadı "Sato" olacaq. 

“Əgər hər kəs “Sato” olarsa, o zaman bizə ad və ya nömrə ilə müraciət etmək lazım gələ bilər”, - professor deyib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR